AMEA Azad Həmkarlar  İttifaqının ilk təşkilatları dəstəyi davam etdirir


Baxıldı : 39

Tarix : 2020-10-17 14:55:53



Sentyabr ayının 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin ordumuzun mövqelərini, yaşayış məntəqələrini, mülki obyektləri iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində mülki vətəndaşlar və hərbçilər müxtəlif dərəcəli ağır xəsarətlər almış və həlak olmuşlar.
Belə bir həssas dönəmdə bir çox dövlət qurumları və özəl təşkilatlar kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı (AHİ) və ilk təşkilatları da orduya dəstək olmaq məqsədilə ilkin olaraq göndərdiyi 60.500 manatdan əlavə növbəti dəfə Silahlı Qüvvələrə Yardım Fonduna 9.000 manat məbləğində ianə etmişdir. İanə etmiş təşkilatların adları aşağıdakılardır:
 1.  Neft Kimya Prosesləri İnstitutu - 5.000 manat 
2. Fəlsəfə və Sosiologiya İnstitutu - 2.000 manat;
3. Polimer Materialları İnstitutu -  2.000 manat.
 Eyni zamanda əməkdaşlarımız döyüşlərə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına mübarizə aparırlar. 
Düşmənə qarşı mübarizədə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun bir nəfər əməkdaşı və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşının övladı şəhid olmuşdur. Hazırda cəbhə bölgəsində Fəlsəfə və Sosiologiya İnstitutunun bir və Radiasiya Problemləri İnstitutunun  isə iki nəfər əməkdaşı işğalçı qüvvələrə qarşı döyüşməkdədir. Onların hər birinin ailəsi diqqət mərkəzində saxlanılaraq, həmkarlar ittifaqı komitəsinin fondundan maddi yardım göstərilmişdir. 
AMEA AHİ-nin təşkilatçılığı və maliyyə dəstəyi ilə 33 ədəd Azərbaycan Respublikasının və 22 ədəd Türkiyə Respublikasının bayrağı alınıb ilk təşkilatlara paylanılmışdır.