AMEA əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə


Baxıldı : 68

Tarix : 2019-07-01 06:37:01


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə iyunun 20-də Dendrologiya İnstitutunun nəzdində  “Mərdəkan” istirahət düşərgəsi I növbə üçün fəaliyyətə başlayıb. Akademiya əməkdaşlarının 25 övladı (7-14 yaş qrupu arası) I növbədə istirahət üçün yay düşərgəsinə göndərilib.

Qeyd edək ki, məktəbli uşaqların düşərgədə istirahət müddəti 14 gün olmaqla 5 növbədə təşkil olunur. Bir növbə üçün yol vərəqəsinin qiyməti 250 manat təşkil edir ki, bunun 100 manatı valideyn tərəfindən, 150 manatı isə həmkarlar ittifaqı tərəfindən ödənilir.

***

İstirahət mərkəzlərində dincəliblər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları iyunun 15-də Həmkarlar İttifaqının dəstəyi ilə İsmayıllı rayonunun “Talıstan” və Qobustan rayonunun “Qobuland” istirahət mərkəzlərinə səfər etmişlər. Səfərdə iştirak edən kitabxananın 46 nəfər əməkdaşı və onların övladları istirahət mərkəzlərində dincəlmiş, hər iki rayonun tarixi yerləri ilə tanış olmuşdur.

***

Voleybol və basketbol meydançası istifadəyə verilib

Akademiya Şəhərciyinin həyətində AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə hazırlanan voleybol və basketbol meydançası istifadəyə verilib.  Meydançanın yaradılmasında məqsəd akademiya əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Eyni zamanda nəzərdə tutulub ki, yaxın zamanlarda basketbol və voleybol idman növü üzrə kişi və qadınlardan  ibarət komandalar da yaradılsın.  Meydançada ilk təşkilatlarda yaradılacaq komandaların məşq etmələri üçün hərtərəfli şərait var.

Qeyd edək ki, 2020-ci ildə AMEA-nın ilk təşkilatları arasında keçiriləcək III Spartakiadaya basketbol və voleybol idman növlərinin də salınması nəzərdə tutulub.