Anım Turniri\ keçirilib


Baxıldı : 249

Tarix : 2016-02-27 04:15:00


Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan şahmat üzrə \ Anım Turniri\ keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutan yarışda SABAH qruplarının 24 tələbəsi iştirak edib. Turnir 5 turdan ibarət olub. Bütün oyunlarda rəqiblərini məğlub edən SABAH qrupları biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Elçin Osmanov birinci yeri tutub. Qalib mükafat və diplomla təltif olunub. Yarışda fərqlənən digər iştirakçılara da diplomlar təqdim olunub. Azər MUSTAFAYEV