“Ana harayı” abidəsi ziyarət olundu


Baxıldı : 239

Tarix : 2018-03-02 23:21:49


Azərbaycan həmkarlar ittifaqlarının liderləri, işçiləri və sıravi üzvləri fevralın 26-da Bakının Xətai rayonunun ərazisində ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişlər. Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq abidənin önünə gül dəstələri qoymuşlar.

Ziyarət mərasiminə toplaşmış həmkarlar ittifaqı işçiləri öz kollektivlərində təşkil etdikləri yığıncaqlarda da, ürəkağrısı ilə olsa da, həmin qanlı günlərdə erməni quldurlarının vəhşicəsinə qətlə yetirdiyi insanları xatırlamış, cəlladlara nifrətlərini bildirmişlər. Yığıncaqlarda deyilmişdir ki, bu faciənin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması işində həmkarlar ittifaqı təşkilatları fəallığını daha da artıracaqdır. “Biz bundan sonra da doğma yurdundan zülmlə qovulmuş xocalılara mənəvi və maddi dəstək göstərəcəyik”.

Tədbirlərdə o inam da ifadə olunmuşdur ki, artıq həm diplomatik, həm də ordu baxımından Ermənistan küncə sıxışdırılmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində erməni yalanları ifşa edilir, həqiqət üzərindən qara pərdələr çəkilir.

Xocalıya ədalət bərqərar olmaq üzrədir.