Analitik yazı müsabiqəsi


Baxıldı : 327

Tarix : 2015-01-10 04:19:00


Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Eyni zamanda gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul, 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş \ Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\ Dövlət Proqramına və dövlətin gənclər siyasətinə dəstək məqsədi ilə Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi \ Azərbaycanda gənclər siyasəti: mövcud vəziyyət, problemlər və beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri\ mövzusunda analitik məqalə müsabiqəsi elan edir.Müsabiqəni təşkil etməkdə əsas məqsədimiz gənclərin intellektual və mənəvi inkişafının təmin edilməsinə, sağlam həyat tərzinin təbliğinə, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, motivasiyasına kömək etməkdir. Qaliblər 2 fevral 2015-ci il \ Gənclər Günü\ münasibətilə təşkil olunacaq təntənəli mərasimdə Təşkilat Komitəsi tərəfindən elan ediləcək, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.Müsabiqənin mükafat fondu:1-ci yer - 1000 manat2-ci yer - 800 manat3-cü yer - 500 manat4-10-cu yerlər - noutbuk Məqalə aşağıdakı mövzulardan birini əhatə etməlidir:1.Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi. 2. Gənclərin elmi potensialının inkişaf etdirilməsi.3.Gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin stimullaşdırılması.4.Gənclər və ətraf mühit.5.Gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi.6.Xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi.7.Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi.8.Gənclərin intellektual inkişafının təmin edilməsi və istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi.9.Gənclər üçün sosial xidmətlərin göstərilməsi.10.Gənclərin kütləvi informasiya vasitələrində peşəkarlığının artırılması.11.Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği.12.Gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması. Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:o Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi.o Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.o Oxucu üçün informasiyalılıq dərəcəsi. o Cari vəziyyəti və nəticələri analiz etmək. o Statistik məlumatları analiz etmək.o Təkliflər irəli sürmək (digər uğurlu təcrübələri qeyd etmək və s).o Dünya təcrübəsi ilə müqayisə. o Mənbələri qeyd etmək.Müsabiqənin tələbləri:o Müsabiqədə işçilərlə yanaşı, müxtəlif sahələrdə çalışan həmkarlar ittifaqı təşkilatlarının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, elmi işçilər, mütəxəssislər və gənclər siyasəti ilə maraqlanan 18 yaşından 35 yaşına qədər hər kəs iştirak edə bilər.o Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər . o Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır.o Məqalə 3000 -8000 simvol həcmində olmalıdır.o Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalı;o Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;o Qaliblər Münsiflər Heyəti (Münsiflər Heyəti - xüsusi meyarlarla seçilmiş, dövlət strukturlarını təmsil edən, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən gənclər siyasətinə aid layihələrin rəhbərləri və beynəlxalq təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.o Müsabiqə üçün yazılmış məqalələr bu ünvana göndərilməlidir - xeyale.mammadova@azersu.az Məqalələrin təqdim edilməsi üçün son tarix: 23 yanvar 2015-ci il.Əlaqə telefonları: (012) 431 47 67 (4481-80). B.RZAYEV