Anlaşılmazlıq mədən işçilərini aksiyaya vadar edib


Baxıldı : 36

Tarix : 2017-09-23 00:51:04


Yunanıstanda fəaliyyət göstərən Kanadaya məxsus "Eldorado Gold"  mədən şirkətilə hökumət arasında yaranan anlaşılmazlıq mədənlərdə işlərin dayanmasına və  işdən atılmalara gətirib çıxarıb. Mədən işçiləri vəziyyətə müdaxilə etmək üçün ölkənin mədən sənayesi həmkarlar ittifaqlarının təşkilatçılığı ilə Energetika Nazirliyi önündə aksiya keçirib.

"Eldorado Gold"  mədənlərdə minalardan istifadə üçün hökumətə müraciət etsə də, müsbət cavab verilməyib. Buna görə də  Olimpias, Skories, və Stratoni mədənində fəaliyyət dayandırılıb. Yunanıstanın şimalında fəaliyyət göstərən şirkətin 2000-dən çox işçisi var. Ölkədə 2009-cu ildən davam edən iqtisadi krizlər və borclanma dövründə "Eldorado Gold" öz varlığını qorumaqla yanaşı, yerli şirkətlərin səhmlərini almaq üçün 2 milyard dollar xərclədi. Hökumətin xarici investorları cəlb etmək üçün verdiyi qərarlar şirkətin imkan və hüquqlarını artırdı. Bir müddət sonra ətraf mühit iş rejimi və sair məsələlərdə hökumətlə anlaşılmazlıq yarandı. Hələ 2015-ci ildə prezident Aleksis Tsipras mədən şirkətinin ölkədə fərqli sahələrə qoyduğu investisiyadan narahatlığını ifadə etmiş, fəaliyyətlərinə müvafiq orqanlar tərəfindən nəzarət olunacağını bildirmişdi.

Energetika Nazirliyinin yüksək vəzifəli nümayəndəsi aksiya keçirən mədən sənayesi çalışanlarıyla bir araya gələrək anlaşılmazlığın tezliklə həll ediləcəyini bildirib. Onun "Reuters" agentliyinə veridi açıqlamada nazirliyin hökumət və şirkət arasında uzlaşdırıcı mövqedə dayandığını deyib.

"Hellas Gold" şirkətinin  rəhbəri Dimitris Dimitriadis Skai TV-yə verdiyi müsahibədə "Eldorado Gold"un hökumətlə danışıqlara təkrar başladığını və önümüzdəki həftə problemin həll ediləcəyini bildirib.

 Cavid SƏFƏROV