Antihəmkarlar ittifaqları  qanunu Avstraliyada məğlub oldu


Baxıldı : 135

Tarix : 2019-12-13 17:13:11


Avstraliya həmkarlar ittifaqları, İctimai Xidmət İşçiləri Beynəlxalq Federasiyasının (PSİ)  və onun üzv təşkilatlarının dəstəyi ilə işçilər və həmkarlar ittifaqları üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək “Dürüstlük Aktı” na qarşı uğurla kampaniya apardı.

 

Avstraliya işçiləri həmkarlar ittifaqlarını məhv etmək üçün əlindən gələni edən mühafizəkar hökumət üzərində böyük bir qələbə qazandı.  Qeyd edək ki, ölkədə 2013-cü ildə hakimiyyətə gələn mühafizəkar hökumət ilə həmkarlar ittifaqları arasında  mübahisəli vəziyyət hökm sürür.

Əgər qanun qəbul olunsa idi, həmkarlar ittifaqları bir çox səlahiyyətlərindən məhrum ediləcəkdi. Avstraliya qanunlarına əsasən, qeyri-qanuni sayılan, amma işdən çıxarılan işçiləri dəstəkləmək üçün tətil keçirmək, təhlükəsizlik qaydalarının pozulmasına görə işi dayandırmaq və ya həmkarlar ittifaqı təşkilatlarının səlahiyyətli nümayəndələrinin iş yerlərinə daxil olmaq kimi hüquqlarını itirəcəkdi. Baxmayaraq ki, bu qadağalar BƏT-in 87 saylı Konvensiyasına, eləcə də digər konvensiyalara ziddir.

Avstraliyada mühafizəkar siyasətçilər hakimiyyət orqanlarının həmkarlar ittifaqlarını ciddi şəkildə tənzimləməsini və işçilərin hüquqlarının məhdudlaşdırmasını istəyirlər.  Həmkarlar ittifaqları bu cür davranışı qınayıb. İşçilər müstəqil senatorları qanun layihəsinə qarşı səs verməyə inandırmaq üçün geniş  kampaniyaya dəstək verdilər. PSİ və onun filialları müstəqil senatorlara məktub göndərərək  və ya “Twitter” vasitəsilə qoşularaq, qanun layihəsinə səs verməmələrini və birləşmək azadlığını qoruyan beynəlxalq standartlara riayət etmələrini istədilər. Beynəlxalq həmrəylik Avstraliya həmkarlar ittifaqları tərəfindən yüksək qiymətləndirildi, qanun layihəsi qəbul olunmadı.