Aparıcı qüvvəyə çevrilməkdədirlər


Baxıldı : 147

Tarix : 2015-02-07 13:07:00


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin \ Aztelekom\ İstehsalat Birliyinin kollektivində gənclər say etibarilə üstünlük təşkil edir. Get-gedə istehsalatın aparıcı qüvvəsinə çevrilməkdədir.Bunu Birliyin baş direktoru Məhəmməd Məmmədov 2 Fevral - Gənclər Gününə həsr olunmuş toplantıda söylədi. Dedi ki, biz bu gün müəssisəmizdə təşkil etdiyimiz bu tədbirə toplaşmış gənc işçilərimiz haqqında ancaq xoş sözlər söyləyə bilərik. Onlar təkcə istehsal prosesində deyil, Birliyin ictimai, mədəni, sosial həyatında da fəallıq nümunəsi göstərirlər.Gənclərimizin özlərinin istedadı, bacarığı sayəsində qazandıqları mövqe şəxsən məni - istehsalatın gələcəyini düşünən bir rəhbər işçi kimi sevindirir.Müəssisəmizin ştat cədvəlinə nəzər salsaq görərik ki, protokol, NGN, Multimedia Xidmətlərinin İntellektual İdarəetmə, Beynəlxalq Əlaqələr və sair şöbələrin rəisləri, daha bir neçə rəis müavinləri, aparıcı mütəxəssisləri vəzifələrində gənclər uğurla çalışırlar.İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Bəylər Qurbanov gənclərin ictimai fəallığına diqqəti çəkdi. \ Komitənin nəzdində yaradılmış gənclərlə iş komissiyası daim fəaliyyətdədir. Bir çox mədəni-kütləvi tədbirlərin təşəbbüsçüsü məhz bu komissiyanın üzvləri olur\ , - dedi. - \ Onlar həmyaşıdlarının mənəvi tərbiyəsində, vətənpərvərlik hisslərinin daha da güclənməsində mühüm rol oynayırlar\ .Bəylər müəllim həmkarlar ittifaqı komitəsinin gənc üzvlərinə göstərdiyi qayğıdan, onların əmək, sosial hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdən də söz açdı.İstehsalat Birliyinin Gənclər Təşkilatının sədri Emil Rzayev toplantıda gənclərlə bərabər müəssisə rəhbərliyinin də iştirakını, gənc kadrlara göstərilən etimadı yüksək qiymətləndirdi. \ Sizin bizə olan isti münasibətiniz gələcəkdə istehsalatda, müəssisəmizin ictimai həyatında daha fəal iştirakımıza verilən stimuldur\ , - dedi.Toplantıda digər çıxışlar da oldu.Sonda İstehsalat Birliyinin texniki sahədə əldə etdiyi uğurlarda, ictimai həyatında fərqlənmiş gənclərə Fəxri fərmanlar təqdim edildi.B.RZAYEV