Apple\ avtomobil istehsal edəcək


Baxıldı : 319

Tarix : 2015-02-21 04:58:00


\ Apple\ şirkəti yeni ixtiraları ilə dünyanı təəcübləndirməkdə davam edir. \ Apple\ şirkətinin rəhbəri Stiv Cobs ölümündən bir müddət əvvəl məşğul olduğu avtomobil istehsalı proyekti 5 ilə reallaşa bilər. Bu barədə \ Wall Street\ jurnalı xəbər yayıb. Xəbərdə bildirilir ki, hazırda iki versiya üzərində iş gedir. Onlardan biri \ Tesla\ modellərinə oxşayan elektromobil, digəri isə sürücüsüz idarə olunan elektromobildir. Əgər hər şey planlaşdırılan kimi davam edərsə, smartfon istehsalı üzrə dünya lideri olan \ Apple\ ın bazarın hazırkı sahibləri sayılan \ Tesla Motors\ və \ General Motors\ şirkətlərinə rəqib ola biləcəyi bildirilir. CAVİD