Aqrar sahənin yeni inkişaf strategiyası...


Baxıldı : 263

Tarix : 2016-07-08 03:02:00


Qeyri-neft sektorunun əsas sahələrindən hesab olunan kənd təsərrüfatının gələcəyi ilə bağlı hökumət tərəfindən ciddi tədqiqatlar aparılır, bu sahənin müxtəlif sektorları üzrə proqnozlaşdırılmış perspektivlər araşdırılır. Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, aqrar sahənin əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri 2025-ci ildən sonrakı dövrün perspektivlərini də əhatə edir. Kənd təsərrüfatının inkişaf perspektivləri təhlil edilərkən ölkə ərazisində baş verən iqlim dəyişiklikləri, yağıntıların intensivliyi, torpağın şoranlaşması, temperaturun artması və digər amillər nəzərə alınacaq. Hər bir istiqamət üzrə ciddi tədqiqatlar aparılıb ümumi konsepsiya hazırlanacaq.Aqrar siyasətin əsas prinsipləri və inkişaf prioritetləri ölkənin davamlı ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə taxılçılığın, meyvəçiliyin, üzümçülüyün, tərəvəzçiliyin, tütünçülüyün, toxumçuluq və tingçiliyin, heyvandarlığın, aqrar-emal sənayesinin və aqromarketinqin, aqroservis xidmətlərinin inkişaf etdirilməsindən ibarətdir. Müəyyən edilmiş hədəflərə çatmaq üçün aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların fəaliyyətinin bazar iqtisadiyyatının tələbləri əsasında yenidən təşkili qarşıda duran əsas prioritetlərdəndir.ELBRUS