Aralıq dənizində dəfinə aşkarlanıb


Baxıldı : 341

Tarix : 2015-02-21 04:57:00


İsrailli dalğıclar tərəfindən tapılan qızılların Fatimilər dövrünə aid olduğu ehtimal edilir. Kayserya limanı yaxınlığından tapılan qızılların təxminən min il əvvələ aid olduğu bildirilir. Qızılları tapan bir qrup dalğıc ilk dəfə bunların oyuncaq olduğunu düşünüb. Daha sonra bunların gerçək qızıl olduğunu anlayan dalğıclar təşkilata xəbər veriblər. Fatimilər dövrünə aid olan təxminən 2 min qızılın fərqli ağırlıqda olan dinarlar olduğu qeyd edilib.Mütəxəssislərin fikrincə, qızıllar Misirdəki Fatimi dövlətinin topladığı vergilərin paytaxt Qahirəyə aparılması zamanı batıb. Digər bir ehtimala görə isə, qızıllar o dövrdəki tacirlərə aiddir.CAVİD