Arıqlamaya kömək edir


Baxıldı : 94

Tarix : 2017-06-16 22:05:03


ABŞ-ın Rod-Aylend Universitetinin dietoloqları şəkərsiz saqqızın təsirini öyrənərək bu qənaətə gəliblər ki, saqqız kalori qəbulunu azaldaraq enerji sərfini çoxaldır və təbii arıqlamaya kömək edir.

Aparılmış tədqiqatlarda könüllülər (35 kişi və qadın) səhər yeməyindən və nahardan əvvəl 20 dəqiqə müddətində saqqız çeynəyiblər. Aşkar olunub ki, nahardan əvvəl saqqız çeynəyənlər 67 kalori az qəbul edib və bu çatışmazlığı gün ərzində kompensasiya etməyiblər. Bundan əlavə, saqqız çeynəyən insanlar 5 faiz çox enerji sərf ediblər. Tədqiqatda iştirak etmiş kişilər bildiriblər ki, saqqız çeynədikdən sonra aclıq hissi onları az narahat etmişdir.

Azər MUSTAFAYEV