Artım yetərli olmadı


Baxıldı : 252

Tarix : 2015-02-07 13:49:00


Hindistanın bank sektorunda çalışanlar fevralın 25-dən dördgünlük tətil edəcəklərini bildiriblər.Həmkarlar ittifaqlarının dəstəyi ilə baş tutacaq aksiyada Hindistan Banklar Assosiasiyası (HBA) rəhbərliyi tərəfindən kifayət qədər olmayan əməkhaqqı artımına qarşı narazıçılıq ifadə ediləcək.Fevralın 3-də Mumbai şəhərində əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında həmkarlar ittifaqları və HBA arasında aparılan danışıqlar heç bir nəticə verməyib. Belə ki, təklif olunan 13 faiz artımın da yetərli olmadığı bildirilir.Elçin ZAKİRİ