Artıq 5 a...


Baxıldı : 220

Tarix : 2016-11-18 04:53:00


Artıq 5 aydır ki, işləyirəm. İki məktəbyaşlı uşağım var. Ailə vəziyyətinə görə 3 aylıq ödənişsiz məzuniyyət götürmək istədim. Mənə bildirdilər ki, yalnız 6 ay işlədikdən sonra mənim məzuniyyət hüququm yaranır. Bu, düzgündürmü?Mahir QASIMOV,Yevlax rayonu.- Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ var.Əmək Məcəlləsinin 129-cu maddəsinə görə, işəgötürənlə qarşılıqlı razılığa əsasən, 6 aydan artıq olmayaraq ödənişsiz məzuniyyətə çıxa bilərsiniz.Adıçəkilən Məcəllənin 131-ci maddəsində qeyd edilmişdir ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.Göründüyü kimi, 6 ay staj tələb olunması əmək məzuniyyətinin verilməsi üçündür. Məzuniyyətin digər növlərində bu staj tələb olunmur.- Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ var.Əmək Məcəlləsinin 129-cu maddəsinə görə, işəgötürənlə qarşılıqlı razılığa əsasən, 6 aydan artıq olmayaraq ödənişsiz məzuniyyətə çıxa bilərsiniz.Adıçəkilən Məcəllənin 131-ci maddəsində qeyd edilmişdir ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.Göründüyü kimi, 6 ay staj tələb olunması əmək məzuniyyətinin verilməsi üçündür. Məzuniyyətin digər növlərində bu staj tələb olunmur.- Orta məktəb müəllimlərinin ödəniş dərəcələrinə uyğun ixtisas tələbləri \ Təhsil Sahəsi İşçilərinin Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabı\ nda müəyyən edilib.Sorğu kitabına əsasən, ali təhsilli müəllimin iş stajına tələb qoyulmadan əməkhaqqı 10-cu dərəcə, ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən müəllimin əməkhaqqı isə 11-ci dərəcə ilə ödənilir. Sizin ixtisas tələbləriniz qeyd edilən ödəniş dərəcələrinin hansına uyğun olacaqsa, əməkhaqqınız da həmin dərəcə ilə ödəniləcəkdir.Keçmiş həyat yoldaşımla uşağa alimentin ödənilməsi ilə bağlı saziş bağlamaq qərarına gəlmişik. Bu hansı qaydada olmalıdır? Bu halda alimentin miqdarı nə qədər olmalıdır?Aynur CABBAROVA,Sumqayıt şəhəri.- Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur.Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.40 ildən çox ümumi iş stajım var. Bunun son 23.6 ili dövlət qulluğu stajıdır. Oğuz Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışırdım.2014-cü il sentyabr ayının 23-də 63 yaşım tamam olarkən yaşa görə əmək pensiyasına çıxmış və dövlət qulluğunda əmək fəaliyyətimi iki il davam etdirmişəm. 2016-cı il oktyabr ayının 1-dən 65 yaşımın tamam olması ilə əlaqədar \ Dövlət qulluğu haqqında\ Azərbaycan Respublikası Qanununun 33.1.12. maddəsinə əsasən, öz xahişimlə dövlət qulluğuna xitam verilməsini istəmiş və tutduğum vəzifədən azad olunmuşam.Bilmək istəyirəm, həmin qanunun 33.2. maddəsinə əsasən, mənə təyin olunmuş dövlət qulluğu pensiyasının 6 misli həcmində birdəfəlik haqq verilməlidirmi? Oğuz Rayon Maliyyə İdarəsi iddia edir ki, mən 63 yaşından dövlət qulluğuna xitam versəydim həmin 6 misl mənə ödənilərdi. İndi isə ödənilməməlidir. Bu qayda hansı qanunvericilik aktı ilə müəyyən edilmişdir? \ Dövlət qulluğu haqqında\ qanunun 33.2. maddəsi hansı hüquqi aktla dəyişdirilmişdir?Yusif RZAYEV,Oğuz rayonu.- Kişilərin yaşa görə əmək pensiyası qazanmaq hüququ pensiya qanunvericiliyində 63 yaş müəyyən edilsə də, dövlət qulluğunda çalışmanın yaş həddi \ Dövlət qulluğu haqqında\ qanunla müəyyən edilmişdir. Qanunun 32.1.1. maddəsinə əsasən, \ Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir\ .Adıçəkilən Qanunda dövlət qulluğuna xitam verilməsi əsasları da göstərilmişdir. 33.1.1. maddədə \ dövlət qulluqçusunun öz arzusu ilə\ , 33.1.12-də isə \ dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda\ dövlət qulluğuna xitam verilməsi həmin əsaslardandır.Məktubunuzda qeyd etdiyiniz xüsusat da elə həmin Qanunun 33.2. maddəsi ilə tənzimlənir ki, həmin maddə hər hansı bir hüquqi aktla dəyişdirilməmiş, maddəyə hər hansı əlavə və düzəliş edilməmişdir. Maddəyə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.Pensiya yaşına çatdıqda (63 yaşında) 33.1.1. maddədə göstərilən əsasla, yəni öz ərizəniz ilə dövlət qulluğuna xitam versəydiniz, onda 33.2. maddədə qeyd olunan haqqı almaq hüququnuz olardı. Lakin dövlət qulluğuna pensiya yaşına çatdığınıza görə yox, 33.1.12. maddə ilə dövlət qulluğunda çalışmanın yaş həddinə çatdıqda xitam vermişsiniz.Qanunvericiliyə və məktubunuzdakı faktlara əsaslanaraq bildiririk ki, Oğuz Rayon Maliyyə İdarəsi Sizə düzgün cavab vermişdir. \ Dövlət qulluğu haqqında\ qanunun 33.1.12. maddəsi ilə öz xahişinə əsasən dövlət qulluğuna xitam verilən şəxslərə həmin Qanunun 33.2. maddəsi şamil olunmur.Ölüm haqqında məlumat kim tərəfindən və hansı müddətdə verilməlidir? Ölümün qeydiyyatı harada aparılmalıdır?Tofiq ZAMANOV,Goranboy rayonu.- Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatı işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.Ailə Məcəlləsinin 195-ci maddəsinə əsasən, ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.Dövlət qulluğunda aparıcı mühəndis vəzifəsində çalışmışam. 5 il stajımın olmağına 1 ay 15 gün qalmış nazirlikdə dəyişikliklə əlaqədar başqa işə keçdim. Hazırda təqaüdə çıxmaq istəyirəm. Mənə dövlət qulluqçusu pensiyası təyin etmirlər. Bu nə dərəcədə düzgündür?Aybəniz HACIYEVA,Bakı şəhəri.- Dövlət qulluqçularının pensiya təminatı \ Dövlət qulluğu haqqında\ qanunun 23-cü maddəsi ilə tənzimlənir. 23.2. maddəyə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.Dövlət qulluğunda qulluqkeçmə müddətiniz 5 ildən az olduğu üçün Sizə dövlət qulluğu pensiyası yox, \ Əmək pensiyaları haqqında\ qanuna uyğun olaraq ümumi qaydada yaşa görə əmək pensiyası hesablanıb ödəniləcəkdir. Bu hesablamada qulluq keçdiyiniz dövlət orqanındakı stajınız da nəzərə alınacaq.