Artım inflyasiya ilə uyğunlaşmır


Baxıldı : 92

Tarix : 2017-06-02 21:46:25


İngiltərədə bank sektorunda çalışanlar tətil keçirməyi planlaşdırır. "Unite"nin təşkilatçılığı ilə baş tutacaq tətillə bağlı mərkəzi bankın çalışanları arasında sorğu aparılır. İttifaqdan bildirilib ki, bank rəhbərliyi çalışanların maaşında artım etməlidir. Son 3 ildə əməkhaqqında həyata keçirilən artım inflyasiyayla uyğunlaşmır. Bu müddət ərzində məsələ ilə bağlı edilən müraciətlər də cavablandırılmayıb. 

"Unite"nin region üzrə nümayəndəsi Mersedes Sançez bildirib ki, İngiltərə Mərkəzi Bankı personalın tətil keçirilməsi ilə bağlı sorğuya müsbət cavab verib. Bankın aşağı maaşla çalışan işçiləri rəhbərliyin biganə münasibət və maaş sıyasətindən narahatdır. Önümüzdəki günlərdə bank rəhbərliyı təklifimizi dəyərləndirib tələblərimizi qarşılamasa, tətil baş tutacaq. Bu, xidmətin keyfiyyətinə və bankın imicinə mənfi təsir göstərəcək.

Qeyd edək ki, rəhbərliklə çalışanlar arasında anlaşılmazlıq bu ilin mart ayında maaşların 1 faiz artırılmasından sonra yaranıb.  İşçilər bu artımın adil olmadığını müdafiə edir.

Cavid SƏFƏROV