ASAN-2 \ layihəsi başlayır...


Baxıldı : 307

Tarix : 2015-12-05 05:43:00


2016-cı ildə ölkəmizdə \ ASAN xid mət\ şəbəkəsinin daha da genişləndirilməsi, bir sıra yeni xidmətlərin də bu quruma verilməsi nəzərdə tutulur. Vətəndaşların rahatlığını təmin etmək üçün, öz evlərindən \ ASAN xidmət\ mərkəzlərinə gəlmədən, yəni elektron müraciətlər əsasında nəzərdə tutulan xidmətlərlə təmin olunmaları məqsədilə \ ASAN-2\ konsepsiyası başlayacaq. \ ASAN xidmət\ in şöbə müdiri Ceyhun Salmanovun sözlərinə görə, \ ASAN-2\ konsepsiyası mövcud \ ASAN xidmət\ konsepsiyasının elektron formasıdır və göstərilən xidmətlərin elektronlaşdırılması və inteqrasiyasını, vətəndaşların mərkəzlərə getmədən xidmətlərə elektron müraciət etmək imkanının təmin edilməsini, bir sözlə, vətəndaşlarla dövlət orqanları arasında olan münasibətlərin mərhələli şəkildə elektron mühitə keçirilməsini nəzərdə tutur.Vətəndaşlara xidmətlərlə bağlı internetdən, xüsusi elektron portaldan, mobil proqramlardan və digər texnoloji yeniliklərdən istifadə etməklə onlara lazım olan məsələləri həll edəcəklər. Hazırda \ ASAN xidmət\ də 10 dövlət orqanının - Ədliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquqi xidməti həyata keçirilir. Ümumilikdə isə özəl şirkət və müəssisələrlə birlikdə göstərilən xidmətlərin sayı 220-dən çoxdur. Gələn il həm dövlət orqanı və təşkilatların, həm də xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq araşdırmalar aparılır. ELBRUS