ASAN-2\ layihəsi insanların işini daha da asanlaşdıracaq


Baxıldı : 391

Tarix : 2015-02-14 04:23:00


Yaxın vaxtlarda vətəndaşların xarici ölkələrə gediş-gəlişi ilə bağlı viza icazələrinin alınması üçün ödənişlərin də elektronlaşdırılması və işin \ ASAN Xidmət\ vasitəsilə həyata keçirilməsi gözlənilir. Qurum bu istiqamətdə müvafiq araşdırmalar aparır. Ümumilikdə ölkədə vətəndaşların daha da rahatlığını təmin etmək üçün yeni layihələrin tətbiqi istisna deyil. Hətta vətəndaşların öz evlərindən \ ASAN xidmət\ mərkəzlərinə gəlmədən, yəni elektron müraciətlər əsasında nəzərdə tutulan xidmətlərlə təmin olunmaları planlaşdırılır. Bütün bunlar yaxın vaxtlarda tətbiqinə başlanılacaq \ ASAN-2\ konsepsiyası çərçivəsində reallaşacaq. \ ASAN xidmət\ in şöbə müdiri Ceyhun Salmanovun sözlərinə görə, \ ASAN-2\ konsepsiyası mövcud \ ASAN xidmət\ konsepsiyasının elektron (virtual məkana və ya elektron formaya) məkana keçirilməsini, ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması və inteqrasiyasını, vətəndaşların mərkəzlərə getmədən xidmətlərə elektron müraciət etmək imkanının təmin edilməsini, bir sözlə, vətəndaşlarla dövlət orqanları arasında olan münasibətlərin mərhələli şəkildə elektron mühitə keçirilməsini ehtiva edir. Konsepsiya əsasında elektron formada göstərilən xidmətlərin təqdim edilməsi üçün kommunikasiya vasitələri kimi xidmət terminallarından, xüsusi elektron portaldan, mobil proqramlardan və digər texnoloji yeniliklərdən istifadə olunması nəzərdə tutulur.C.Salmanov onu da bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində aparılan tədbirlərin əhatə dairəsi artırılacaq. 2015-ci ildə daha 3 regionda - Masallı, Bərdə və Qəbələdə \ ASAN xidmət\ mərkəzlərinin açılması planlaşdırılır.ELBRUS