ASAN xidmət\ dən növbəti bir yenilik


Baxıldı : 316

Tarix : 2015-01-10 03:02:00


Hökumət uzun müddətdir ki, tətbiq etməyə hazırlaşdığı layihəni- \ ASAN ödəniş\ sistemini yeni ilin ilk günlərindən etibarən istifadəyə verib. Geniş elektron infrastruktura malik çoxfunksiyalı \ ASAN ödəniş\ sistemi işə düşüb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (\ ASAN xidmət\ ) sədri İnam Kərimov bildirib ki, \ ASAN ödəniş\ terminallarında inzibati cərimə növlərindən tutmuş müxtəlif xidmətlərə görə rüsum və vergilərin ödənişi həyata keçiriləcək. \ ASAN ödəniş\ sistemi vasitəsilə yol hərəkəti qaydalarının pozulmasına, inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələr, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlər, fərdi yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi, yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılmasına dair vəsaitlər ödəniləcək. \ ASAN ödəniş\ terminalları paytaxtın ticarət, iaşə mərkəzləri və metrostansiyalar, keçidlər yaxınlığında quraşdırılır. Qaydalara əsasən, vətəndaşlara hər hansı ödəməyə dair, məsələn, cərimə və borclarla bağlı mobil nömrələrinə, onların email ünvanlarına məlumat göndəriləcək. \ ASAN ödəniş\ portalında yaradılan şəxsi kabinetdə vətəndaşlara borc və cərimələrinə dair informasiyalar da yerləşdiriləcək. Bundan sonra vətəndaşlar elektron üsulla ödənişlərini həyata keçirəcəklər.Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktor müavini Vahid Qurbanlının sözlərinə görə, \ ASAN ödəniş\ sisteminin yaradılması nağdsız ödənişlərin həcminin artması baxımından da mühüm əhəmiyyət kəsb edir. 2015-ci ildə Hökumət Ödəniş Portalının infrastrukturundan istifadənin genişləndirilməsi istiqamətində dövlət qurumlarının portala inteqrasiyası işləri davam etdiriləcəkdir. \ ASAN xidmət\ mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə 13 ödənişin portal vasitəsilə qəbulu təmin ediləcək.ELBRUS