Asiya Bankından tövsiyələr


Baxıldı : 237

Tarix : 2015-12-19 05:16:00


Asiya İnkişaf Bankı Azərbaycan üçün 2016-2018-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını təsdiq edib. Biznes Planın prioritetləri bankın 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini, qeyri-neft sektorunda ÜDM-in sürətli artımına nail olunmasını nəzərdə tutan Azərbaycan hökumətinin \ Azərbaycan 2020: gələcəyə baxış\ İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.AİB qarşıdakı 3 ildə nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Biznes Planda nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2016-2018-ci illər arasında 1,1 mlrd. ABŞ dolları həcmində kreditlərin və 3,8 mln. ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.Bank Azərbaycan hökuməti ilə əməkdaşlıq strategiyası çərçivəsində bir sıra vacib islahatların həyata keçirilməsini də tövsiyə edir. Neftin qiymətinin aşağı düşməsi və neft gəlirlərinin azalması ilə əlaqədar infrastruktura dövlət investisiya xərclərinin azaldılması, daha çox azad biznesə sərmayə qoyuluşlarının davamlılığının təmin edilməsi bildirilir. AİB hesab edir ki, qeyri-neft sektorunda isə daha çox artım müşahidə olunması bu sahəyə diqqəti artırır. Bu sektorda artım davam edərsə, bir neçə ildən sonra ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq mümkün olar.ELBRUS