Asteroid yerə yaxınlaşacaq


Baxıldı : 282

Tarix : 2015-01-17 13:32:00


Yarım kilometr diametri olan 2004 BL86 asteroidi yanvarın 26-da Yerə maksimum yaxınlaşacaq. Bu barədə NASA öz rəsmi saytında məlumat verib.Gözlənilir ki, asteroid planetimizdən 1,2 milyon kilometr aralı keçəcək. Bu, Yerdən Aya qədər olan məsafənin 3 misli deməkdir. Belə məsafə çox yaxın hesab olunur. CAVİD