Atam 2005-...


Baxıldı : 281

Tarix : 2016-05-06 04:30:00


Atam 2005-ci ildə, anam 2007-ci ildə vəfat etmişdir. II qrup əlil olan bacım onlarla yaşayırdı və indi də orada tənha yaşayır. Bacım kiminsə yardımına möhtacdır. 50 manat sosial müavinət alır. Heç bir yerdə işləməyib və əmək qabiliyyəti yoxdur. Hüququmuzu bilməməyimizdən valideynlərimin pensiyasını ona təyin etdirməmişik. 2007-ci ildə vəfat etmiş anamın pensiyasını həmin ildən bacıma təyin etmək olarmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.Rəfiqə DİBİROVA,Balakən rayonu.-\ Əmək pensiyaları haqqında\ qanunun 14-cü maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin siyahısı müəyyən edilmişdir.Qanunun 14.1.1. maddəsinə əsasən, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış (maddə 14.1.1.1), 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil (14.1.1.2) və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin 23 yaşına çatanadək (maddə 14.1.1.3) övladları da ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid edilmişlər.II qrup əlil olan 60 yaşlı bacınızın statusu 14.1.1.2. maddədə qeyd olunan kimidirsə, yəni o, 18 yaşına çatanadək sağlamlıq imkanı məhdud hesab edilmiş və 18 yaşı olduqdan sonra ona II qrup əlillik təyin edilmişdirsə, onda qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə olmadığı halda bacınız qeyd olunan hüquqa malik deyil. Nəzərinizə çatdırırıq ki, qeyd etdiklərimizlə yanaşı, bacınızın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ o halda yaranır ki, o, vəfat etmiş şəxsin (anasının) tam təminatında olmuş olsun və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək almış olsun.Qeyd etdiyimiz şərtlər mövcuddursa, onda həmin Qanunun 32.3. maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ona müraciəti əsasında bu hüququn yarandığı gündən (anasının vəfat etdiyi gündən) ömürlük təyin olunacaqdır, amma bu şərtlə ki, sosial müavinətdən imtina edilməlidir.Dövlət qulluğu pensiyası alıram. Hazırda işləyirəm. Hər ay əməkhaqqımdan 3% sosial sığorta üçün pul tutulur. Bilmək istəyirəm ki, işdən çıxanda məndən tutulan pul hazırda aldığım pensiya pulumun üstünə gəlib hesablanacaq, ya yox?Rayondan mənə deyirlər ki, indi nə qədər pensiya alırsansa, işdən çıxanda da o qədər alacaqsan. Sığorta pulu pensiyaya hesablanmayacaq. Bəs mənim bu günə qədər verdiyim pullar nə olacaq?Sədaqət HÜSEYNOVA,Astara şəhəri.- \ Əmək pensiyaları haqqında\ qanunun 37.3.1. maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan gündəlik qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında göstərilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.Lakin bu hesablanma bəzi kateqoriyadan olan əmək pensiyaçılarına şamil edilmir. Belə ki, həmin Qanunun 29.3. (əmək pensiyalarının artırılması və indeksləşdirilməsi) maddəsində deyilir ki, Qanunun 20.1.1-20.1.21. maddələrində nəzərdə tutulmuş şəxslərin (Siz də dövlət qulluğu pensiyası aldığınız üçün həmin kateqoriya şəxslər sırasına aidsiniz) əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.Qüvvədə olan Qanunun yuxarıdakı göstərişinə əsasən, Sizə dövlət qulluğu pensiyası təyin olunduqdan sonra hər ay əməkhaqqınızdan 3 % məcburi dövlət sosial sığortası ödəsəniz də, yaşa görə əmək pensiyalarının baza hissəsi artdıqda və ya sığorta hissəsi indeksləşdirildikdə pensiyanızın kapital hissəsi artmayacaq. Sizin pensiyanız ancaq əmək pensiyası alana qədər çalışdığınız dövlət qulluğu vəzifəsinin əməkhaqlarına artım olanda artacaq.