Atam II qr...


Baxıldı : 293

Tarix : 2016-05-20 04:51:00


Atam II qrup əlildir. Təxminən son 10 ildir ona əlil kimi ömürlük pensiya təyin olunmuşdur. Yaşa görə pensiya vaxtı çatdıqdan sonra atam yaşa görə pensiyanı seçmişdir. Bilmək istəyirəm, atamın əlillik hüququ saxlanılırmı? O, vaxtılə əlil kimi istifadə etdiyi güzəştlərdən yararlana bilərmi?Araz CƏFƏROV,Biləsuvar rayonu.- Əlilliyə görə əmək pensiyası sığortaolunanın (işçinin) xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təyin edilir.Əlillik qrupları, əlilliyin səbəbləri və müddətləri TSEK tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir. TSEK-in rəyi ilə əlillik ya ömürlük, ya da müvəqqəti, yəni müəyyən müddətə təyin olunur. Məktubunuzdan məlum olur ki, II qrup əlilliyə görə pensiya atanıza ömürlük təyin olunmuşdur. O, yaşa görə əmək pensiyası hüququnu qazandıqda isə \ Əmək pensiyaları haqqında\ qanunun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxs kimi bu pensiyalardan birini-yaşa görə əmək pensiyasını seçmişdir.İşləyən əlillər üçün Əmək Məcəlləsində, Vergi Məcəlləsində və s. müəyyən imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur ki, bunlar da əlillik müddəti üçün məqbuldur. Belə ki, əlillik ömürlükdürsə, onda yuxarıda qeyd etdiyimiz qanunvericilik aktlarında nəzərdə tutulmuş imtiyaz və güzəştlər saxlanılır, çünki əlilliyə görə əmək pensiyası alan şəxs, öz arzusu ilə yaşa görə əmək pensiyası növünə keçsə də, əlillik ona ömürlük təyin olunmuşsa, deməli, həmin şəxsin fiziki və ya əqli qüsurları da ömürlükdür.Əmək Məcəlləsinin tətbiq edildiyi iş yerləri haqqında məlumat verməyinizi xahiş edirəm. Bu Məcəllə dövlət qulluqçularına da şamil olunurmu?Sərdar NƏBİYEV,Şirvan rayonu.- Əmək Məcəlləsi Azərbaycan Respublikasının ərazisi hesab edilən yerlərdə fəaliyyət göstərən və işçilərlə əmək müqaviləsi bağlanan bütün idarə, müəssisə və təşkilatlarda-a) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının təsis etdikləri mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda; b) fiziki və hüquqi şəxslərin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsis etdikləri və respublikanın ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda; c) müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində; ç) respublikamızın hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində və konsulluqlarında; d) beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında; e) digər iş yerlərində tətbiq edilir.Əmək Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını öz evində yerinə yetirəndə də ona Əmək Məcəlləsi şamil olunur. Lakin bu zaman:1) onlar arasında əmək müqaviləsi bağlanmalı və müqavilədə işçinin əmək funksiyasını öz evində yerinə yetirəcəyi barədə tərəflərin razılığı əks olunmalı; 2) işçi əmək funksiyasını yerinə yetirərkən işəgötürənin xammalından və istehsal vasitələrindən istifadə etməlidir.Əmək Məcəlləsi həm də xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla Azərbaycan Respublikasının bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, onda müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınıb fəalyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.Əmək Məcəlləsi dövlət qulluqçularına, prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ-hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, onlara Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq normalar tətbiq olunur.Bağçılıq və bostançılıq üçün verilmiş torpaq sahələri istifadəsiz qalarsa, neçə ildən sonra o barədə verilmiş sənədlər qüvvədən düşmüş hesab edilir? Bunlar hansı qanunla tənzimlənir?Şahlar QOCAYEV,Gəncə şəhəri.- Torpaq Məcəlləsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqlar müxtəlif kateqoriyalara bölünür ki, kənd təsərrüfatı təyinatlı torpaqlar da bu kateqoriyalardan biridir. Hər bir kateqoriya üçün, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlar üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur ki, bu da həmin torpaqların məqsədli təyinatı nəzərə alınmaqla istifadə edilməsidir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələridir ki, bu torpaq sahələrini də vətəndaşlar və hüquqi şəxslər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün adıçəkilən Məcəllədə qeyd olunan qaydalarla əldə edirlər.Həmin Məcəllədə torpaq sahələrinin əldə edilməsi qaydaları ilə yanaşı, torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları da müəyyən edilmişdir. 73-cü maddəyə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahələrindən 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahələrindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində istifadə və ya icarə hüququna xitam verilir.Ədliyyə orqanları işçilərinin attestasiyası haqqında məlumat verməyinizi xahiş edirəm. Bu, hansı qanunla və necə həyata keçirilir?Sədrəddin HƏBİBOV,Bakı şəhəri.- Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 17-ci maddəsinə əsasən, ədliyyə işçilərinin attestasiyası onların ədliyyə orqanlarında tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsinə və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədilə aparılır.Ədliyyə orqanları işçilərinin attestasiyası \ Dövlət qulluğu haqqında\ qanunla müəyyən edilmiş qaydada aparılır. Qanunun 31.1. maddəsinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. Attestasiya olunanların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.İşçilərin attestasiyasının nəticələri əsasında attestasiya komissiyası 31.12. maddəyə əsasən, aşağıdakı qiymətlərdən birini verir:tutduğu vəzifəyə uyğun gəlir (maddə 31.12.1);işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir (maddə 31.12.2);tutduğu vəzifəyə uyğun gəlmir (maddə 31.12.3).Attestasiyanın nəticələri attestasiya vərəqəsində yazılır. Bu vərəqə sədr, katib və attestasiya komissiyasının digər üzvləri tərəfindən imzalanır. Attestasiya vərəqəsi attestasiyadan keçmiş dövlət qulluqçusunun şəxsi işində saxlanır və bir nüsxəsi də həmin işçinin özünə verilir.Yoldaşımla nikah münasibətlərinə xitam vermək istəyirəm. Hazırda o, azadlıqdan məhrum edilib və cəzaçəkmə müəssisəsindədir. Eşitdiyimə görə, boşanma üçün məhkəməyə ərizə verən şəxsin azyaşlı uşağı varsa, o, öz yaşadığı ərazinin məhkəməsinə müraciət edə bilər. Mənim də öhdəmdə 6 yaşlı uşağım olduğu üçün yaşadığım yerin məhkəməsinə müraciət edə bilərəmmi?Arzu BABAYEVA,İsmayıllı rayonu.- Ərazi aidiyyətinin ümumi qaydalarına görə, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Lakin bəzi hallarda iddiaçının məhkəməni seçmə hüququ vardır.Mülki Prosessual Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyəti nəzərdə tutur.Iddiaçı həm yanında yetkinlik yaşına çatmayan uşaqları olduqda, həm də azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddia qaldırdıqda iddianı yaşadığı yerə görə verə bilər. Belə ki, bu halda iddiaçının yanında yetkinlik yaşına çatmayan uşağın olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.