Atası üçün etdiyi fədakarlıq rezonans yaradıb


Baxıldı : 272

Tarix : 2015-10-09 02:11:00


Xəstə atasına baxmaq üçün hər gün inək cildinə girir, parka gələn uşaqlar 5 yuan ödəyərək onun belinə minir. Çində 15 yaşlı bir qızın fədakarlığı ölkədə böyük rezonans yaradıb. İşsiz Hao Donqdon iflicdən əziyyət çəkən atasının müalicəsi üçün dəridən-qabıqdan çıxır.Hao izdihamlı parkda başına inək maskası taxaraq uşaqları əyləndirməyə qərar verib. Diz çöküb insanlardan mərhəmət uman 15 yaşlı qız hətta insanları inək kimi belində daşımağa hazır olduğunu da yanındakı lövhə ilə elan edib. Onu inək yerinə qoyan uşaqlar, onun belinə minərək əylənib. Bunun üçün uşaqların valideynləri qıza cüzi bir məbləğ - 5 yuan ödəyib. CAVİD