”Atilla” İdman Klubu birinci yeri tutub


Baxıldı : 89

Tarix : 2019-02-04 04:35:20


Yanvarın 24-də Sərhədçi İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. İki gün davam edən paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparıb.

Turnirdə 30 idmançı ilə təmsil olunan “Atilla” İdman Klubu yekun nəticəyə görə birinci yeri tutub. İdman Klubunun yetirmələri üç qızıl, üç gümüş və dörd bürünc medal qazanıblar. 

Oğlanların mübarizəsində -55 kq. çəki dərəcəsində çıxış edən Cavid Piriyev birinci, Əli Sadıqov isə ikinci yeri tutub. Həmin çəkidə Klubun digər yetirməsi Nicat Hüseynli beşinci yerdə qərarlaşıb. Niyal Əzimov (-100 kq.) ikinci, Samir Sarıyev (-60 kq.), Heydər Hüseynov (-66 kq.), Kərim Məmmədov (-81 kq.) və Emin Qasımov (-100 kq.) üçüncü olublar. Həmçinin Rəşid Məmmədəliyev (-73 kq.) və İslam İslamov (-81 kq.) beşinci, Nurlan Əsədzadə (+100 kq.) isə yeddinci pillədə mövqe tutublar.

Qızların mübarizəsində Ramila Əliyeva ( -48 kq.) və Südabə Ağayeva ( -70 kq.) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək birinci olublar. Əzizə Cəfərova (-52 kq.) ikinci yeri tutub.