“Atilla” İdman Klubu ikinci yeri tutub


Baxıldı : 147

Tarix : 2018-06-22 23:08:39


Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” İdman Klubu 4 medal (3 qızıl və 1 gümüş) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.

Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları təqdim edilib.

Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

Azər MUSTAFAYEV