“Atilla" İdman Klubu üçüncü olub


Baxıldı : 262

Tarix : 2017-12-22 21:43:41


 

Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. Yarış Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparıblar.  32 komandadan 347 cüdoçunun qatıldığı çempionatda ümumi medal sayında UGİM 1 komandası birinci, Zirvə ikinci, "Atilla" İdman Klubu isə üçüncü olub. "Atilla" İdman Klubunun yetirmələri beş medala sahib olublar. Bəhram Qurbanlı isə (50 kq.) birinci yeri tutub. Nicat Eyvazov (-30 kq.) çəki dərəcəsində ikinci olub. Sadiq Həsənli (50 kq.), Mübariz Hüseynli (66 kq.) və Rafiq Həsənov (+66 kq.) isə üçüncü sırada qərarlaşıblar.

Azər MUSTAFAYEV