“Atilla” İdman Klubunun yetirmələri 6 medal qazanıblar


Baxıldı : 119

Tarix : 2020-02-21 18:35:21


Fevralın 6-da Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. İki gün davam edən paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparıb.

Oğlanların mübarizəsində “Atilla” İdman Klubunun yetirmələri 6 medal qazanıblar. Ruslan Nəsirli (-100 kq.) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Niyal Əzimov isə ikinci olub.

Klubun digər yetirmələri Rəşad Baxşəliyev (-66 kq.) ikinci, Əli Saixov (-55 kq.), Bəxtiyar Məmmədov   (-90 kq.) və İlkin Baxşiyev (100 kq.) üçüncü yeri tutublar.