"Atilla” İdman Klubunun  yetirmələri iki medal qazanıblar


Baxıldı : 43

Tarix : 2020-11-20 20:42:36



Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi keçirilib.
Yarışda Azərbaycan milli komandasını təmsil edən “Atilla” İdman Klubunun yetirmələri iki medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kq.) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.
Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. 
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub