“Atilla” İdman Klubunun yetirmələri iki qızıl, bir gümüş, iki bürünc medal qazanıblar


Baxıldı : 232

Tarix : 2019-08-23 15:36:56


“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.  Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.

Ölkə birinciliyində “Atilla” İdman Klubunun cüdoçuları da uğurla çıxış ediblər. İdman klubunun yetirmələri iki qızıl, bir gümüş, iki bürünc medal qazanıblar.

Qızların yarışında Şəfəq Həmidova (-48 kq.) birinci, Südabə Ağayeva (-63 kq.) ikinci yeri tutub.  İlahə Əhlimanova (-57 kq.) yeddinci yerdə qərarlaşıb.

Oğlanların mübarizəsində Rəşid Məmmədəliyev (73 kq.) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. Hasil Cəfərov (-81 kq.) və Ruslan Nəsirli (-100 kq.) üçüncü olublar.

Nəbi Bayramov (-60 kq.), Yusif Məmmədov    (-73 kq.), Kərim Məmmədov (-81 kq.) və Emin Qasımov (-100 kq.) isə beşinci yeri tutublar.  Sabir İsmayılov (-66 kq.) və Paşa Əliyev (- 73 kq.) yeddinci yerlə kifayətlənməli olublar.

Bu nəticə ilə “Atilla” İdman Klubu ölkə birinciliyində üçüncü yeri tutub.

Qalib və mükafatçılara medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.