“Atilla" İK ikinci olub


Baxıldı : 30

Tarix : 2018-01-05 22:48:11


 

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Ümumilikdə yarışda 55 klubdan 497 cüdoçu mübarizə aparıb.

Üç gün davam edən respublika çempionatında "Atilla" İdman Klubunun cüdoçuları da nailiyyətlərə imza atıblar.

Oğlanlar arasında yarışda "Atilla" İdman Klubunun yetirməsi Tofiq Məmmədov (-60 kq.) üçüncü yerə çıxıb. Qızların mübarizəsində İrina Jukovets (-63 kq.) birinci, Ramilə Əliyeva (-48 kq.) isə üçüncü olub. Kişilər arasında yarışda Klubun yetirmələri Fəqan Quluzadə (81 kq.) qızıl, Paşa Əliyev (73 kq.) gümüş, Qurban Qurbanov (90 kq.) bürünc medal qazanıblar. 

Usta cüdoçuların qarşılaşmasında isə Rafael Mehdiyev (66 kq.) yalnız finalda rəqibinə uduzub. Novruz Aslanov ( 81 kq.) isə üçüncü yeri özünə təmin edib.

Komanda yarışlarında "Neftçi" birinci, Atilla ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub.

Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim edilib.

Azər MUSTAFAYEV