Atletika üzrə yarış keçirilib


Baxıldı : 62

Tarix : 2017-07-07 22:23:41


İyunun 23-24-də 1998-1999-cu il təvəllüdlü gənclər arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib.

Bakı şəhərində təşkil olunan yarışda 130-a yaxın idmançı iştirak edib. Turnirdə "Məhsul" İdman Cəmiyyəti 6 atletlə təmsil olunub və üç medal qazanıb. Nail Rzayev 800 metr və 1500 metr məsafəyə qaçışda finiş xəttini birinci keçib. Onun həmkarı İqor Qrişanov isə 800 metr məsafəyə qaçışda ikinci olub.

Azər MUSTAFAYEV