Atletlər fərqləniblər


Baxıldı : 146

Tarix : 2019-08-02 15:26:07


İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birincilikdə “Spartak” İdman Cəmiyyətinin atletləri də fərqləniblər.

55 kq-a qədər çəki dərəcəsində mübarizə aparan cəmiyyətin yetirməsi Ravil Nəbiyev toplam 153 kq.(70+83) nəticə ilə bürünc medala layiq görülüb.

Çəkisi 49 kq-a qədər olan atletlərin mübarizəsində Nəbi Nəbiyev də toplam 98 kq.(44+54) nəticə ilə üçüncü yeri tutub.

Cəmiyyətin üzvü Kamil Nəbiyev isə beşinci yerdə qərarlaşıb. O, toplam 195 kq (85+110) nəticə ilə çəkisi 67 kq-a qədər olan atletlərin yarışında bu yerə sahib olub.