Atletlərin mübarizəsi


Baxıldı : 117

Tarix : 2017-06-21 21:41:15


16-17 iyunda Bakıda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda respublikanın idman cəmiyyətləri və klublarının atletləri güclərini sınayıblar. "Məhsul" İdman Cəmiyyətinin yetirmələri müxtəlif məsafələrə qaçış yarışlarında fərqləniblər. İqor Qrişinov 800 metr məsafəyə qaçışda birinci olub. O, bu uğuru 400 metr məsafəyə qaçış yarışında təkrarlaya bilməyib və finiş xəttini üçünçü keçib. Qızlardan Brilyant Bayramova 800 metr məsafəyə qaçışda ikinci yeri tutub.

Yarışlarda idmançıların uğur qazanmasında  məşqçi Zakir Vahabovun peşəkarcasına apardığı təlim prosesləri də böyük rol oynayır.

Sonda qaliblər mükafatlandırılıblar.

 

Azər MUSTAFAYEV