ATU tələbələri fastfudun ziyanlarını açıqladılar


Baxıldı : 221

Tarix : 2017-01-13 23:02:33


Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri "Gənc həmkarlar ttifaqı lideri məktəbi" kompleks proqramı çərçivəsində keçirilən müsabiqə üçün sosial çarx hazırlayıblar. Gənclərin sağlam həyat tərzinə həsr olunan və 10 dəqiqə davam edən videoçarx maraqlı formatda hazırlanıb. Burada "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub. Videoda gənclərin qida seçimi, fiziki məşğuliyyətləri, gündəlik davranışlarında yol verdikləri səhvlər açıq-aşkar göstərilib. Burada fastfudun ziyanları, az hərəkət etməyin fəsadları və digər məqamlar haqqında məlumat verilib.

Azər MUSTAFAYEV