Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib


Baxıldı : 77

Tarix : 2020-09-11 16:45:16


Sentyabrın 10-da Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu keçirilib.  Onlayn formatda keçirilən plenumda təşkilati məsələyə baxılıb. Plenumda Bəkir Yusifov öz xahişinə əsasən Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri vəzifəsindən azad edilmişdir. Plenum Mübariz Qədir oğlu Əsədovu Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri seçmişdir. Bundan əvvəl M. Əsədov Azərbaycan Hava Yolları Milli Təhlükəsizlik Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri  vəzifəsində çalışmışdır.

Plenumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili              Səttar Möhbalıyev çıxış edib.