(avqustun ...


Baxıldı : 174

Tarix : 2016-08-19 03:22:00


(avqustun 14-də)... Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (avqustun 15-də)... Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.(avqustun 16-da)... Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.(avqustun 17-də)... yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan \ Azəravtoyol\ Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında Sərəncam imzalayıb.(avqustun 18-də)... Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan \ Azəravtoyol\ Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılması haqqında Sərəncam imzalayıb.