Avrasiya İqtisadi Birliyinə keçid istisna edilmir


Baxıldı : 301

Tarix : 2016-11-23 16:09:38


Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova ölkəmizin Avrasiya İqtisadi Birliyinə daxil olmasını istisna etmir. Bu barədə nazir müavini Bakıda səfərdə olan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib. S. Həsənova bildirib ki, ölkəmiz üçün faydalı və iqtisadi baxımdan səmərəli olan təşkilat və birliklərdə iştirak etmək məqsədəuyğundur. Həmin təşkilatlarla əməkdaşlıq zamanı Azərbaycanın milli maraqları, suveren hüquqları və digər amillər əsas şərtdir. Ona görə də hansısa təşkilata üzv omamışdan əvvəl orada iştirakın mənfi və müsbət tərəfləri təhlil edilir. Məsələn, ölkəmiz Ümumdünya Ticarət Təşkilatında iştirak etməkdən əvvəl mühüm amilləri nəzərə alıb sonra qərar verdi. Məhz bu baxımdan Azərbaycanın Avrasiya İqtisadi Birliyində və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır. Sonra bu barədə yekun qərar vermək olar. İqtisadçı Oqtay Haqverdiyev isə Avrasiya İqtisadi Birliyini geniş iqtisadi zona hesab etmir. Qeyd olunduğuna görə, bu birlikdə təmsil olunanlar MDB daxilində sıx iqtisadi əlaqələrə malikdirlər və əməkdaşlıq üçün lazım olan məsələləri MDB hökumətlərarası komissiyası çərçivəsində həll edirlər. Eyni zamanda MDB-yə üzv ölkələrin özlərinin ayrıca hökumətlərarası komissiyası fəaliyyət göstərir. Həmin komissiyalar çərçivəsində ölkələr arasında olan bütün problemlər həll olunur, münasibətlərin möhkəmlənməsi üçün mexanizmlər hazırlanır. Eyni zamanda MDB Hökumətlərarası Şurası faydalı əməkdaşlıq üçün də əhəmiyyətlidir.ELBRUS