Avropa Azərbaycandan istiqraz istəyir...


Baxıldı : 342

Tarix : 2015-01-10 04:22:00


Avropa Sabitləşdirmə Fondu 2015-ci ildə dünyada qiymətli kağızlara olan tələbin artacağını, maliyyə sektoru güclü hesab edilən ölkələrin istiqrazlarına ehtiyacın yaranacağını bəyan edib. Fond bildirib ki, səhm bazarında iştirak edən ölkənin iqtisadi, investisiya, maliyyə sabitliyinin dözümlü olması, iqtisadiyyatın inkişaf dinamikasının sabit artım templəri əsas prioritetlər olacaq. Azərbaycan hazırda bölgədə fəal investisiya siyasəti yürüdən ölkə kimi diqqəti cəlb edir. Son illər respublikamızın maliyyə bazarlarının əhatə dairəsinin və qiymətli kağızların strukturunun genişlənməsi bu sahədə əlverişli imkanlar yaradır. Bunu nəzərə alan Mərkəzi Bank, Maliyyə Nazirliyi yeni istiqrazlar buraxmağa hazırlaşır. Eyni zamanda bankların və digər strukturların tədavül etdiyi avrobondlar, səhmlər dünya maliyyə sektorunda Azərbaycanın fəal iştirakına zəmin yaradır. Hazırda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların, digər qiymətli kağızların, eləcə də Mərkəzi Bank tərəfindən buraxılan qısamüddətli notların indeksi son aylar dünya maliyyə resessiyaları fonunda möhkəmlənib, hətta bir qədər dəyərini artırıb. Yaranmış vəziyyətdən Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu və Beynəlxalq Bank da istifadə etmək niyyətindədir. Dövlət Neft Fondu Avropada qiymətli kağızların alışı, istiqrazların emissiyası, avrobond buraxılışı ilə bağlı stratejı plan həyata keçirəcəyini bəyan edib. Hazırda Avropa qiymətli kağızlar bazarında avrobondlar maliyyə bazarlarında ən dövriyyəli qiymətli kağız sayılır və bu sahəyə bütün iri holdinqlər sərmayə yatırmağa maraq göstərirlər. ELBRUS