Avropa çempionu olub


Baxıldı : 45

Tarix : 2020-11-20 20:44:08



Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb. 66 kq. çəki dərəcəsində mübarizə aparan “Atilla” İdman Klubunun yetirməsi İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub. Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib. 
Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır