Avropa Şəhərciyi 2016\


Baxıldı : 229

Tarix : 2016-08-12 01:59:00


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə \ Avropa Şəhərciyi 2016\ festivalı keçirəcək.Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, tədbir bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq.\ Avropa Şəhərciyi\ bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.Azər MUSTAFAYEV