Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Danışıqlar, maaşlar və iş şəraiti, həmkarlar ittifaqlarının hüquqları, tətillər və etirazlar barədə xəbərlər


Baxıldı : 168

Tarix : 2019-12-13 17:12:35


Rumıniya

Kollektiv saziş bağlamaqla

böyük qələbə qazanmışdır

“Sanitas” Səhiyyə İşçiləri Həmkarlar İttifaqı sahə əməliyyatları üzrə danışıqları son dərəcə çətinləşdirən ciddi reprezentativ qaydalara baxmayaraq, bu sektorda kollektiv sazişin bağlanması barədə razılığa gələ bildi. Saziş həmkarlar ittifaqlarının  qazandığı bir çox hüquqları təsdiqləyir və onların ölkə daxilində vahid şəkildə tətbiq olunmasını təmin edir. Ən əhəmiyyətli elementlər sırasına məzuniyyət hüququ (21-30 gün, iş stajından asılı olaraq), həmkarlar ittifaqının kadr siyasətində rolu, kollektiv işdən çıxarılma və intizam prosedurları, eləcə də daha çox tibb bacılarının təhsil və təliminə dəstək tədbirləri daxildir.

Bolqarıstan

Xəstəlik məzuniyyəti və   əməkhaqqı  ilə bağlı etiraz

Noyabrın 27-də İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları ümummilli etiraz aksiyasına qoşularaq, xəstəliklə bağlı  işdə olmama ilə əlaqədar normaların qorunması və təkmilləşdirilməsi üçün tədbirlər görməyə çağırıb. İttifaqın  üzv təşkilatı olan “Podkrepa” Konfederasiyası “Xəstə işçilər cinayətkar deyillər! “şüarı altında  tələb edib ki, xəstəliyin ilk günündən başlayaraq əməkhaqqı ödənilsin, həmçinin xəstəlik və iş vaxtı ilə bağlı digər tədbirlər görülsün. Həmin gün Konfederasiyanın üzvü olan sosial işçilər bir saatlıq tətil keçirərək əməkhaqqının 40% artırılmasını tələb ediblər.

Böyük Britaniya

İşçi heyətinin seçilməsi

Şimali İrlandiyada dörd səhiyyə həmkarlar ittifaqı təşkilatı - UNİSON, RCN, NİPSA və Unite hökuməti əməkhaqqının ödənilməsində bərabərsizlik problemini aradan qaldırmağa məcbur etmək üçün, tətil də daxil olmaqla, etiraz aksiyalarının keçirilməsinə səs verib. Həmkarlar ittifaqları personalın çatışmazlığı probleminin həlli, təhlükəsiz və səmərəli komplektləşmə səviyyəsinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini istəyir.

İsveç

İxtisaslaşma və hazırlıq    haqqında danışıqlar aparılır

Həmkarlar ittifaqları, SKR və Sobona işəgötürənlər təşkilatları ilə yeni bir razılaşma barədə razılığa gəliblər ki, bu da işçilərin məşğulluq səviyyəsinin artırılmasını təmin edəcəkdir.

Saziş 2020-ci il mayın 1-dən qüvvəyə minəcək. Sazişdə restrukturizasiya olunan müəssisələrin işçilərinin yeni iş yerləri tapması üçün əlavə bacarıqlar əldə etməsinə kömək məqsədilə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Həmkarlar ittifaqları əmək bazarında baş verən sürətli dəyişikliklərdən çıxışı bu  yolda görürlər. Müddətli müqavilələr üzrə işləyənlər,  xəstələr və reabilitasiya keçənlər sazişlə əhatə olunacaqlar.

Danimarka

Struktur

dəyişikliklərin zəruriliyi

Danimarkanın Sosial Elmlər Araşdırmaları Mərkəzinin yeni hesabatında bildirilir ki, ödəniş bərabərsizliyi ictimai xidmət sahələrində, o cümlədən səhiyyə və sosial xidmət sektorları qarşısında duran ciddi struktur problemidir. Tədqiqat göstərir ki, sektorda orta əməkhaqqı işləyən qadınların sayının artması ilə paralel olaraq aşağı düşür. Belə ki, kişilərin üstünlük təşkil etdiyi sektorda orta illik əməkhaqqı 30000 Danimarka kronuna, qadınların üstünlük təşkil etdiyi yerlərdə isə 24150 Danimarka kronuna düşüb.

 İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları (FOA, BUPL, SL ) və  Səhiyyə işçiləri həmkarlar ittifaqları 2018-ci ildə aparılan danışıqlarda qeyri-bərabərlik probleminin həlli üçün xüsusi fondun yaradılması barədə razılığa gəliblər, lakin onlar 2021-ci ildə növbəti danışıqlar ərəfəsində hökumət tərəfindən daha əhəmiyyətli maliyyələşdirilmə gözləyirlər.

İspaniya

İş şəraitinin

yaxşılaşdırılmasını

tələb edirlər

Həmkarlar ittifaqları səhiyyə və sosial təminat sahəsində əməkhaqqı və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Noyabrın 30-da CCOO-Sanidad Həmkarlar İttifaqının tibbi xidmətlərin ödənilməsi sistemində əhəmiyyətli dəyişikliklərin təmin edilməsi kampaniyası çərçivəsində 3 minə yaxın həmkarlar ittifaqı fəalı Səhiyyə Nazirliyi qarşısında tətil keçirib.