Avropa iqtisadi siyasətini dəyişməlidir\


Baxıldı : 264

Tarix : 2015-02-07 12:57:00


Avropa Beynəlmiləl İctimai Xidmət Birliyi Federasiyasının (EPSU) baş katibi Yan Vilyam Qudrianın təşəbbüsü ilə qurumun Azərbaycandan olan üzv sahə həmkarlar ittifaqı mərkəzlərinin sədrləri ilə tanışlıq xarakteri daşıyan görüş keçirilmişdir. AHİK-də baş tutan görüşü bu tədbirin təşkilatçılarından biri olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açmışdır. O, görüş iştirakçılarına Yan Qudrianı və PSİ/EPSU-nun Cənub-Şərq ölkələri üzrə regional katibi Marina İrimieni təqdim etmişdir. Qonaqları dövlətimizin iqtisadi-sosial siyasəti, Azərbaycan həmkarlar ittifaqı hərəkatının keçdiyi tarixi yol, müasir mərhələdə gördüyü işlər və strateji hədəfləri barədə məlumatlandırılmışdır. Sonra sözü Yan Qudriana vermişdir. Hörmətli qonaq çıxışına Bakının gözəlliyinə heyranlığını ifadə etməklə başladı. Yeni tikilən binaları bəyəndiyini söylədi. İçərişəhəri qədim keçmişimizin möhtəşəm şahidi kimi qiymətləndirdi. Xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi. Təəssüflə bildirdi ki, paytaxtımızda bir gündən artıq qalmaq mümkün olmayacaq. Sabah Türkiyənin İstanbul şəhərinə yollanacaq. Orada iki həmkarlar ittifaqı liderinin məhkəməsi olacaq. Cənab Yan onlara təşkilatı adından dəstək göstərməlidir.Təmsil etdiyi təşkilatın missiyasından danışarkən dedi ki, istəyimiz odur ki, hökumətlə, işəgötürənlərlə danışıqlar apararkən üzv qurumlarımızın səsi eşidilsin. İrəli sürdükləri tələblərin həlli istiqamətində tərəfdaşlarımız təşəbbüs göstərsinlər.Yan dedi: Biz Federasiyamızı platforma timsalında görürük. Bu platformada məsləhətləşmələr aparır, təcrübəmizi bölüşür, növbəti dövrlər üçün fəaliyyət istiqamətlərimizi müəyyənləşdiririk. Eyni zamanda biz birlikdə hökumətə, işəgötürənlərə təsir göstəririk ki, işçilərin sosial durumu, əmək şəraiti yaxşılaşsın”.Y. Qudrian bildirdi ki, Federasiyanın 265 üzv təşkilatı var. Biz üzvlüyə daxil olmaq istəyən Hİ mərkəzlərinin say tərkibinə əhəmiyyət vermirik. Təsəvvür edin ki, bir çox üzv Hİ mərkəzlərinin üzvləri yüzlərlə hesablanır. Amma Federasiyanın sıralarında üzvlərinin sayı milyonu ötən qurumlar da var. Belələrinə misal kimi Böyük Britaniyadan, Almaniyadan olan üzv təşkilatları göstərdi.Qonaq görüş iştirakçılarının diqqətinə çatdırdı ki, EPSU həm ərazi, həm də sahə prinsipi üzrə fəaliyyət göstərir. \ Fəaliyyət dairəmizə səhiyyə, elektro-energetika, dövlət, ictimai xidmət, yerli hökumət və bələdiyyə sahələri aiddir. Bütün sahələr sektorlara bölünüb \ dedi.Yan Avropa və Avropa Birliyinə daxil olan ölkələrin hökumətlərinin həmkarlar ittifaqına mənfi təsirinin get-gedə artdığını dedi. Belə ölkələr sırasında konkret olaraq Böyük Britaniyanın və Kamerunun adını çəkdi. Bildirdi ki, hər iki ölkədə həmkarlar ittifaqlarının fəaliyyəti məhdudlaşdırılıb.Hörmətli qonaq kollektiv müqavilələrin bağlanması, işləyən qadınlara münasibətin cinsi tarazlıq prizmasından tənzimlənməsi istiqamətində Federasiyanın gördüyü işləri açıqladı.Gənclər məsələsinə çıxışında xüsusi önəm verdi. Etiraf etdi ki, gəncləri həmkarlar ittifaqı üzvlüyünə cəlb etmək çox çətindir. İşləyən oğlan və qızlar bu quruma maraq göstərmirlər. Düşünürlər ki, həmkarlar ittifaqına ehtiyac yoxdur. Bu, çox təhlükəli münasibətdir. Əgər gənclərin münasibəti dəyişməsə, 5-10 ildən sonra Avropada həmkarlar ittifaqı bir qurum kimi sıradan çıxacaq. Yan öz ölkəsi-Niderlanddakı vəziyyətin timsalında iddiasına aydınlıq gətirdi: \ Mənim ölkəmdə həmkarlar ittifaqı üzvlərinin yaşı 55-dən artıqdır. Təşkilatın fəal üzvlərinin yaş həddi isə daha yüksəkdir”.Baş katib Avropanın iqtisadi siyasətinin hazırkı gedişini qeyri-məqbul saydı. \ Qoca qitə iqtisadi siyasətini dəyişməlidir\ dedi. -”Elə ölkə var ki, ictimai xidmət işçilərinin əməkhaqları 5-6 ildir eyni səviyyədə qalmaqdadır. Portuqaliyada, Yunanıstanda xidmət işçiləri kütləvi şəkildə ixtisara salınıb. Belçikada dekabrın 15-də hökumətin iqtisadi siyasətinin əleyhinə nümayişlər keçirildi. Təbii ki, həmkarlar ittifaqı yeni iqtisadi siyasətin tərəfdaşı kimi bu etiraz aksiyalarını dəstəkləməkdədir”.Yan Vilyam Qudrian iqlim dəyişikliyi və sair problemlər yönündə Federasiyanın fəaliyyət istiqamətlərinə də aydınlıq gətirdi.Görüşdə Azərbaycandan olan üzv sahə həmkarlar ittifaqı mərkəzlərinin sədrləri çıxış etdi. Hörmətli qonağın səsləndirdiyi məsələlərə münasibət bildirdilər. Təklif etdilər ki, EPSU Azərbaycan həmkarlar ittifaqı ilə əlaqələri bundan sonra daha da gücləndirsin. Hər iki təşkilatın yaxşı, öyrənməli təcrübəsi var. Bu isə çox faydalı olardı.Qonaqlar sonra AHİK sədrinin I müavini İlyas Əliyevlə görüşdülər. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi edildi.AHİK sədrinin birinci müavini qonaqlara Azərbaycan həmkarlar ittifaqlarına yeni üzvlərin cəlb edilməsi istiqamətində atılan addımlar və bu sahədə ortaya çıxan problemlər barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə 4 milyondan çox işləmək həddində olan əhali var. Onların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğuldur. Həmkarlar ittifaqı üzvlərinin sayı isə 1 milyon 600 mini ötüb. Yeni üzvlər cəlb etmək üçün potensial genişdir. Biz bu potensialdan maksimum bəhrələnməkdən ötrü öz təcrübəmizdən, beynəlxalq təcrübədən istifadə edirik. Daim yeni ünsiyyət formaları axtarırıq. Biz ən yaxşı təbliğat, təsir vasitəsi kimi mövcud ilk təşkilatların fəaliyyətini gücləndirməyi əsas götürürük.İ.Əliyev bildirdi ki, yeni üzvlər cəlb etmək məsələsində həmkarlar ittifaqları daha çox transmilli şirkətlər tərəfindən müqavimətlə üzləşir. Bu işdə sizin Federasiya və digər beynəlxalq qurumlarla əlbir işləməyimizə böyük ehtiyac var. Hörmətli qonaq da cavab çıxışında AHİK sədrinin birinci müavini ilə həmfikir olduğunu söylədi. Dedi ki, gələcək fəaliyyətimizdə biz sizin dediklərinizi nəzərə alacağıq.Görüşdə AHİK sədrinin müavinləri Aqil Dadaşov, Cavanşir Alxasov, Vaqif Eyvazov, katibi-aparat rəhbəri Həsən Cəfərov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirak etmişlər.TəqdimatAvropa Beynəlmiləl İctimai Xidmət Birliyi Federasiyası (EPSU) sıralarında 8 milyon üzv və 265-dən çox həmkarlar ittifaqı təşkilatını birləşdirir.Üzvləri səhiyyə və sosial xidmətlərin, enerji, su və digər kommunal sektorların işçilərindən ibarətdir.Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) ən böyük qurumudur.Dünya üzrə Beynəlmiləl İctimai Xidmətlər Qurumunun (PSİ) Avropa üzrə bir qoludur.Prezidenti Anella Nördşrröm, Baş Katibi isə Yan Vilyam Qudriandır.Azərbaycandan Mədəniyyət, Səhiyyə, Dövlət və İctimai Xidmət, Elektroenergetika və Elektrotexnika Sənayesi, Su Təsərrüfatı, Yerli Sənaye və Kommunal- Məişət Müəssisələri, Sahibkarlıq, Özəl və Elm Müəssisələri işçiləri həmkarlar ittifaqı respublika komitələri bu qurumun üzvüdür.Bəyalı RZAYEV