Avropanın ən yaxşı adaları


Baxıldı : 106

Tarix : 2019-07-19 15:49:03


ABŞ-ın “Travel and leisure” nüfuzlu səyahət jurnalının oxucuları arasında aparılan sorğuya əsasən, Yunanıstanın “Milos” adası “2019-cu ildə Avropanın ən yaxşı adaları” nominasiyasında birinci yeri qazanıb.

Bundan əlavə, yunan adaları Avropanın 15 ən yaxşı adaları siyahısına da daxil edilib. Belə ki, Krit adası 2-ci, Paros 4-cü, Santorini 5-ci yerləri qazanaraq Yunanıstanı bu nominasiyada birinci edib. Eyni zamanda bu dörd ada dünyada ən yaxşı adalar siyahısında da (Milos dördüncü, Krit yeddinci, Paros on birinci, Santorini on dördüncü) yer alıb.