Avtobusların iş qrafiki uzadılacaq


Baxıldı : 361

Tarix : 2015-01-31 04:58:00


Paytaxtda sərnişindaşıma sahəsində ciddi problemlərin olduğu dəfələrlə vurğulanıb. Nəqliyyatın İntellektual İdarəetmə Sistemi, yeni iritutumlu avtobuslar, müasir tipli London taksiləri də bu problemləri tam həll edə bilmədi. Şəhərdaxili nəqliyyat əhalini vaxtında mənzil başına çatdırmaq işinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Şəhərətrafı marşrutlar da həmişə sərnişinlərin giley-güzar obyekti olub. Əksər paytaxt şəhərlərində 24 saat işləyən sərnişin nəqliyyatı mövcuddur. Elə sovet dövründə də Bakının belə bir təcrübəsi olub. Sovet dövründə paytaxtda bəzi marşrutlar üzrə hərəkət edən avtobuslar gecə saatlarında da sərnişinlərə xidmət göstərib. Bu il Bakının I Avropa Oyunlarına ev sahibliyi edəcəyini nəzərə alan ekspertlər şəhər nəqliyyatının gecə saatlarında da işləməsini gündəmə gətirib. Ekspert Ərşad Hüseynov deyir ki, paytaxtda gecələr sərnişin avtobuslarının işləməsi üçün imkanlar var: \ Bunun üçün ayrıca bir qanunun qəbuluna ehtiyac yoxdur. \ Sərnişin və yükdaşıma haqqında\ qanunda marşrutların əvvəlcədən razılaşma yolu ilə iş qrafiki və müəyyən küçələrdə hərəkətin təmin olunması qeyd edilib. Sadəcə, marşrutu verən şirkətlə əvvəlcədən bunu müəyyənləşdirmək lazımdır. Hazırda Azərbaycanda faktiki olaraq gecə nəqliyyatı yoxdur. Lakin daşıma şirkəti ilə əvvəlcədən razılaşma yolu ilə bunu etmək mümkündür. Qanunvericiliyə görə, gün ərzində heç bir sürücü 8 saatdan artıq işləyə bilməz. O, iş vaxtı qurtaranda növbəni başqasına təhvil verib dincəlməlidir. Amma nəqliyyat şirkətləri onlara yetərli əməkhaqqı vermir, növbəlilik əsasında iş sistemi qurmaqda maraqlı deyillər. Belə olan halda sürücülər də müəyyən qədər qazanc götürdükdən sonra işləmək istəmirlər\ .Ekspertin sözlərinə görə, əslində ictimai nəqliyyat şəhər sakinlərinin rahatlığını təmin etmək üçündür: \ Dünyanın əksər ölkəsində məhz bu amilə önəm verilir. Buna görə də növbəlilik prinsipi əsasında şəhər nəqliyyatının 24 saat işləməsi təmin edilir. Bizdə isə sərnişindaşımaya daha çox gəlir əldə etmək sahəsi kimi baxılır. Bu da başadüşüləndir. Həm də nəzərə alınmalıdır ki, əgər hər hansı dəstək yoxdursa, fiziki və hüquqi şəxslər sərnişindaşıma ilə məşğul olarkən gəlirlə işləməlidir. Gecələr şəhər nəqliyyatının işləməsini təkcə özəl şirkətlərin üzərinə qoymaqla bunu həll etmək mümkün olmayacaq. Amma nəqliyyat sistemi strateji obyekt kimi qəbul edilməli və vətəndaşların rahat hərəkətinin təmin olunması üçün dövlət düzgün tənzimləmə aparmalıdır\ .Nəqliyyat Nazirliyindən isə hesab edirlər ki, paytaxtda gecələr şəhər nəqliyyatının işləməsi gələcəkdə mümkün ola bilər: \ Hazırda gecələr o qədər də çox sərnişin olmadığından gecə marşrutlarına ehtiyac olmayıb. Amma Olimpiya Oyunları zamanı, yəqin ki, marşrutların iş saatları uzadılacaq. Bəzi marşrutlar isə həm də gecələr işləyəcək\ .Xalid AZƏR