Avtomobil idxalında kəskin azalma


Baxıldı : 241

Tarix : 2016-05-20 04:55:00


\ Ölkədə makroiqtisadi vəziyyətin azalması və əhalinin gəlirlərinin aşağı düşməsi maşın bazarında avtomobil alışı üçün imkanları məhdudlaşdırır\ . Bu barədə açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, avrostandartların tətbiqi, Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağalar alıcı qabiliyyətinin zəifləməsinə təsir edən amillərdir: \ Bütün bunlar idxala inzibati qaydada məhdudiyyət yaradıb. Hazırda ölkədə avtomobil idxalını stimullaşdıran hər hansı hadisə mövcud deyil. Ölkə daxilində alqı-satqıya təkan verəcək proseslər kreditlərin bərpası, gömrük rüsumlarının aşağı salınması, avtomobil istismarına çəkilən xərclərin azaldılması, yanacağın qiymətinin aşağı salınması, istismarda olan avtonəqliyyat vasitələrinin azaldılması və onlara təklif olunan gömrük rüsumlarında güzəşt edilməsi ola bilər. Bunların olmaması ölkəyə avtomobil idxalını azaldan səbəblərdəndir\ .Ekspert eyni zamanda ölkədə daxili iqtisadi vəziyyətin artan yox, azalan templə davam etdiyi qənaətindədir: \ Bu amil avtomobil bazarında alıcılıq qabiliyyətinin artacağı ilə bağlı ehtimalları aşağı salır. İndiki mərhələdə alıcılar daha çox daxili istismarda olan avtonəqliyyat vasitələrinin dövriyyəsinə maraq göstərirlər. Bu da istismarda olan köhnə avtomobil qiymətlərinin artımına gətirib çıxarır\ .Qeyd edək ki, Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 1 742 ədəd avtomobil idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 11 148 ədəd avtomobil və ya 7,4 dəfə azalıb.Xalid AZƏR