Avtomobillərin satışı zəifləyib


Baxıldı : 446

Tarix : 2016-09-08 04:57:00


Bakıda ikinci əl avtomobil bazarında satışlar tamamilə dayanıb. Əsas səbəb dolların yenidən bahalaşması və məzənnə ilə bağlı qeyri-sabit vəziyyətin yaranmasıdır.Ekspertlərin sözlərinə görə, belə vəziyyətdə hamı gözləmə mövqeyində qalır və nə isə almağa tələsmir. Əllərində olan pulu dollara çevirib saxlayırlar. Nəticədə bu, avtomobil bazarına da təsir edir.Ekspertlərin fikirlərini avtomobil bazarındakı satıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, avqust ayının sonundan etibarən bazarda tamamilə səssizlikdir. Avtomobil alan, ümumiyyətlə, yoxdur.Avqustun sonunda barterlə olsa da, bazarda 4-5 avtomobil satmaq mümkün olmuşdu. Məsələn, 1995-ci il model \ Mercedes\ avtomobilini üstündə 7 min manat ödəməklə 2004-cü ilin \ Mercedes E Class\ la barter etmişdilər.Hazırda isə hamı dolların məzənnəsinin sabitləşməsini gözləyir. Ona görə hələlik avtomobil satışı tam dayanıb.Amma buna baxmayaraq, indi avtomobil almaq üçün ən sərfəli vaxtdır. Belə ki, satışların olmadığı şəraitdə satıcılar qiymətdə daha çox endirimə razı olurlar. Ona görə də avtomobili qiymətindən asılı olaraq daha ucuz almaq olar.Məsələn, qiyməti 10 min manata kimi olan avtomobillərdə 1200-1500 manata kimi endirim edilir. Hazırda 7500 manata satılan 2010-2011-ci il model \ Priora\ avtomobilini 5800-6000 manata almaq olar.Satıcıların fikrincə, ikinci əl avtomobil bazarında qiymətlər bu şəkildə davam etməyəcək. Dolların bahalaşması ölkədə qiymətləri artıracaqsa, buna uyğun olaraq təzə avtomobillərlə yanaşı, bu avtomobillər də bahalaşacaq\ . Azər MUSTAFAYEV