Axan ulduzlar tablosu


Baxıldı : 147

Tarix : 2017-02-10 21:43:53


Mənzil qərargahı Tokioda yerləşən "ALE" şirkəti Hiroşima prefekturası üzərindəki səmada süni axan ulduzlar yaratmağı planlaşdırır. NHK telekanalının bu barədə yaydığı məlumatda layihənin "Göylər tablosu" adlandırılacağı bildirilir.

Layihənin həyata keçirilməsi məqsədilə 2018-ci ildə Yerətrafı orbitə, təqribən 500 kilometr hündürlükdə kiçik süni peyk çıxarılması nəzərdə tutulur. Peykin göyərtəsində diametri bir santimetrə bərabər olan yüzlərlə metal şar yerləşdiriləcək. 2019-cu ildə bu şarların süni peykdən atılması nəzərdə tutulur.

Əgər bütün işlər planlaşdırıldığı kimi davam edərsə, bu zaman Hiroşima prefekturası üzərində axan ulduzlara bənzər çox gözəl mənzərə alınacaq. Bu mənzərəni ətraf rayonlardan da izləmək mümkün olacaq.

Azər MUSTAFAYEV