İşaxtaranlar ehtiyatlı olsunlar...… Dələduzların toruna düşə bilərlər


Baxıldı : 103

Tarix : 2016-11-14 17:16:00


Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Həmin qurumlar iş üçün müraciət edən şəxsdən bunun müqabilində əvvəlcədən müəyyən xidmət haqqı da alır. Daha sonra vətəndaşla əlaqə saxlayacaqlarını bildirirlər. Lakin günlər keçsə də, əlaqə olmur və vətəndaşdan alınan pul batıb gedir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, iş axtaranlar, daha doğrusu, təcrübəsi olmayanlar bu cür elanlara daha tez aldanır və sonda \ işədüzəltmə\ agentliklərinin qurbanına çevrilirlər: \ Belə ki, bəzi şirkətlər cəlbedici iş elanlarının arxasında, sadəcə, fırıldaq mexanizmləri quraraq namizəd gənclərə anket doldurmaq təklif edirlər. Təbii, müəyyən pul müqabilində\ .S.Məmmədov vurğuladı ki, işəgötürmə agentliklərinin olması lazımdır və bütün dünyada belə agentliklər fəaliyyət göstərir: \ Əksər dövlətlərdə işədüzəltmə büroları işəgötürənlərlə müqavilə əsasında xidmət göstərir və işə düzəltdikləri şəxsə görə işəgötürəndən pul alırlar. Bizdə isə, təəssüf ki, belə bir əməkdaşlıq yoxdur\ .S.Məmmədov bildirdi ki, belə agentliklər insanlara ixtisas, peşə tələb etmədən yüksək məbləğdə əməkhaqqı vəd edir: \ Onların bir çoxu hətta insan alveri ilə də məşğul olur. Xaricdə yüksək gəlirli iş təklifi ilə xüsusilə cavan qızlar ölkədən çıxarılır və xaricdə fahişəliyə cəlb edilir\ . Belə agentliklərə dövlət tərəfindən lisenziya verilməsi məsələsinə toxunan sədr qeyd etdi ki, onların fəaliyyətinə dövlət nəzarəti aşağı səviyyədədir. Azərbaycanda işədüzəltmə müəssisələrinə dövlət tərəfindən lisenziya verilmir. Yəni fəaliyyətdə olan bu cür qurumların hamısı qanunsuz işləyir. ALİYƏ