Aydan\ əsəri hərraca çıxarıldı


Baxıldı : 261

Tarix : 2015-11-14 01:47:00


Dekabrın 1-də Londonun \ Sotheby\'s\ hərrac evində Rusiya incəsənətinin üç sənət əsərini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.Mədəniyyət və Turizm Nazirliyi məlumat verir ki, hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun \ Aydan\ əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt-sterlinq dəyərində qiymətləndirilir.\ Sotheby\'s\ hərrac evinin məlumatında bildirilir ki, Aydan\ sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur: \ Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib. Aydan\ əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb\ .CAVİD