Ayrı-seçkiliyə qarşı 11 günlük tətil


Baxıldı : 146

Tarix : 2018-01-12 22:45:15


İngiltərənin Mançester şəhərində yerləşən “Fujitsu” texnologiya şirkətində 26 ildir işləyən Lan Alisonun  ailə problemi ilə bağlı məzuniyyətdə olduğu zaman işdən çıxarılması haqqında qərarın verilməsi işçilərin və həmkarlar təşkilatının etirazına səbəb olub.  “Unite” Həmkarlar İttifaqı 250 işçinin iştirakı ilə 11 günlük tətil keçirilməsi barədə  səsvermə təşkil edib. Həmçinin  önümüzdəki günlərdə şirkətin binası önündə L. Alisona dəstək aksiyası da baş tutacaq. Səsvermə iştirakçılarının 71 faizi tətil və aksiyaların təşkilini dəstəkləyib. İlk 3 günlük tətil 24-26 yanvar tarixlərində olacaq və planlı şəkildə, əgər geri addım atılmasa, aprel ayının 17-nə qədər etirazlar müxtəlif şəkildə davam etdiriləcək.

“Unite”nin internet texnologiyası üzrə mütəxəssisi Luisa Bul deyib ki, şirkət danışıqlara razılıq versə, nəzərdə tutulan tətil planı ləğv edilə bilər. Lakin qurumun bu yöndəki mövqeyi dəyişməzdir.

Qeyd edək ki, həmkarlar ittfaqı ilə “Fujitsu” arasındakı gərginliyə səbəb  şirkətin Amerika, Avropa, Hindistan və Afrika üzrə prezidenti Tait Dunkanın ötən ilin sonunda “Unite” baş  katibi Len McCluskey ilə görüşündən müsbət nəticələrin əldə edilməməsidir.

 Cavid SƏFƏROV